İranda İsrailin xeyrinə casusluq ittihamı ilə 4 kürd edam edilib
İnsan haqları qruplarının qərarın olduqca ədalətsiz olduğunu demələrinə və həyatlarını xilas etmək kampaniyasına başlamalarına məhəl qoymayan İran bazar ertəsi İsrailin xeyrinə casusluq ittihamı irəli sürülən kürd azlığının 4 üzvünü edam edib.

Ədliyyə orqanlarının Mizan Online saytının bildirdiyinə görə, 4 nəfər İranın müdafiə obyektinə qarşı təxribat planında İsraillə əməkdaşlıq etməkdə təqsirli bilindikdən sonra mərkəzi İsfahan vilayətində səhər tezdən edam edilib.

Onlar İsrail kəşfiyyat xidməti Mossad-ı nəzərdə tutaraq, "sionist casus təşkilatına bağlı qrupun üzvləri olmaqda" ittiham edilib.

Bazar günü Kərəcdəki Gezel Hesar həbsxanasında asılmadan əvvəl qohumlarının onlarla yekun görüşləri üçün çağırılmaları 30 yaşdan aşağı olan 4 nəfərin həyatının təhlükədə olmasına işarə idi.

Onların asılması İranda edamların sayının artması ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edib. Edamlara qarşı olan kampaniyanın dediyinə görə, bu ay hər gün orta hesabla iki nəfər edam edilib.

Amnesty İnternationalın "iranlı kürd dissidentlər" olaraq xarakterizə etdiyi 4 nəfərin edam cəzasına "ədalətsiz və gizli məhkəmə prosesindən sonra" məhkum edildiyini bildirib.

"Bu dörd məhbusun edamı işgəncə altında və ədalətli mühakimə olmadan etiraflara əsaslanıb və məhkəmədənkənar qətl hesab olunur" - deyə, Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun direktoru Mahmud Əmiri-Müqəddam bildirib.

İran İnsan Haqları qrupunun məlumatına görə, bu il İranda azı 65 nəfər edam edilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google