Günün ulduz falı - 4 yanvar
Qoç - sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün
əlverişli gündür. Səyahət, səfər və ya köç üçün münasib zamandır.
Buğa - bütün xırdalıqları nəzərə alın. Maraqlı dəvət ala
bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi
düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara
yollanmayın.
Xərçəng - yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss
etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin
yaranmasına imkan verməyin.
Şir - etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla
kifayətlənin. Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı
məsələlərə nəzər salın.
Qız - yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə
danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın.
Belə davranış yaxşı heç nə vəd etmir.
Tərəzi - səhər saatlarından etibarən zəhmətkeş olsanız və
çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların
qayğısına qalın.
Əqrəb - yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət
sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə
fəaliyyət üçün əlverişli zamandır.
Oxatan - onların bilik və bacarıqlarından yararlanın. Günün ikinci
yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb
olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı
var.
Oğlaq - çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi
olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili
unutmayın.
Dolça - yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi
işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin.
Onların arasında sizi aldatmağa çalışan da var.
Balıqlar - təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün
ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında
dəyişikliklər üçün əlverişlidir. İmiclə eksperimentlər etmək
olar.