Xəbərlər
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini müvəqqəti məhdudlaşdırır
Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.

“Anadolu” xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova bildirib.

COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qəbul edilmiş məhdudlaşdırma tədbiri aprelin 15-dən iyunun 1-dək qüvvədə olacaq.

"Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə qərar qəbul verdik",
- Qolikova deyib.

Onun sözlərinə görə, Akkuyu AES-in “Titan-2” konserninin tikintisində iştirak edən Rusiya vətəndaşlarının Vətənə qayıtması üçün uçuşlar istisna təşkil edir.

Bundan başqa, həftədə iki dəfə qarşılıqlı əsasda Moskva-İstanbul və İstanbul-Moskva reysləri həyata keçiriləcək.

Qolikova həmçinin Tanzaniya ilə uçuşların dayandırıldığını bildirib.

Baş nazirin müavini qeyd edib ki, epidemiologiya vəziyyəti sabitləşən kimi hər iki ölkəyə uçuşlar bərpa olunacaq.

Mənbə: report.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია