Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır – İrakli Qaribaşvili
Qərbin Gürcüstanın “Xarici agentlər haqqında” qanun qəbul etməklə Avropa yolundan dönəcəyi ilə bağlı narahatlıqları əsassızdır.

Bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib.

“Dostlarımız və tərəfdaşlarımızla dialoqu davam etdirmək vacibdir. Biz amerikalı və avropalı dostlarımızı inandırmalıyıq ki, Gürcüstan qeyri-adi heç nə etmir və Avropa yolundan dönmək niyyətində deyil. Tənqidlər səslənir ki, guya Gürcüstan Avropaya inteqrasiya
və ya demokratiya yolundan dönəcək. Təbii ki, bunlar təkcə şişirdilmiş deyil, həm də əsassız iddialardır”,
- o vurğulayıb.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasət kursuna konstitusiya səviyyəsində zəmanət verilir və bu vektorun dəyişməsi istisna olunur.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google