Onlayn medianın parlamentdə işləməsi hələ də qadağandır

Artıq bir həftəyə yaxındır ki, Gürcüstan parlamentində televiziyadan başqa bütün KİV-lərin fəaliyyəti qadağan edilib.

Buna bəhanə kimi “Gürcü arzusu” rəhbərliyi onlayn medianın “rus qanunu”na etirazından istifadə edir. Sözügedən qanun ilk növbədə media və vətəndaş təşkilatları üçün təhlükə yaradır.

Parlamentdən verilən rəsmi açıqlamaya görə, ötən günlər kimi bu gün, aprelin 19-da da “sarı səviyyədə” təhlükəsizlik elan edilib. Media bölməsi ilə yanaşı, parlamentə giriş ziyarətçilərə də məhdudlaşdırılıb.

Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.

Gürcüstanın Jurnalist Etikası Xartiyası aprelin 15-də Parlamentə müraciət edərək, medianın parlamentdə işləməsinə icazə tələb edib.

Xartiya Gürcüstan parlamentini parlamentdə debatların yaranması üçün həyati əhəmiyyət kəsb edən məsələlər barədə ictimaiyyətin məlumat almaq hüququna hörmətlə yanaşmağa, onlayn media orqanlarına qarşı ayrı-seçkilikdən imtina etməyə və onlara icazə verməyə çağırır. Həmçinin parlament binasında jurnalistlərə münbit iş şəraiti yaradılsın ki, onlar öz peşə vəzifələrini tam yerinə yetirə bilsinlər.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google