Zaza Saralidze rus qanununun geri çağırılması tələbi ilə aclıq
aksiyasına başlayıb.
Bu barədə məlumatı “Netgazet”ə Zaza Saralidzenin özü
təsdiqləyib.
Davit Saralidzenin atası Mamuka Mdinaradzeyə müraciət edərək deyib
ki, bu gün ikinci oğlunun Avropa gələcəyi üçün özünü qurban verir.
Zaza Saralidze vurğulayıb ki, rus qanununun məqsədi şəffaflıq
deyil, hakimiyyətə qarşı çıxanları satqın kimi qələmə
verməkdir.
“Kim siyasətlə məşğuldur?! Mamuka [Mdinaradze] əgər
deyirsən ki, mən xalqın yanına gəlib özümü bu ideyaya qurban
verməliyəm, gəlirəm. Oğlumun Avropa gələcəyinə, oğlumun azadlığına
və oğlumun yaşıdlarının azadlığına bu gün özümü qurban verirəm. Mən
aclıq aksiyası elan etdim. Gürcüstanı satqın kimi birbaşa təhqir
edən bu rus qanununu Parlament geri götürməyincə mən buradan
getməyəcəyəm. Qeyri-hökumət təşkilatlarını xarici ölkənin
maraqlarını həyata keçirən kimi elan etmək lazımdır deyirsənsə, mən
köməyə gəlməliyəmmi? Onda mən kiməm?! İnsanlara niyə yalan
danışırsan ki, şəffaflıq istəyirsən?! Şəffaflıq istəyirsinizsə,
vergi qanununu düzəldin və onlara satqın damğası
vurmayın", - Saralidze bildirib.
Zaza Saralidze hökumətin dünənki mitinqindən də danışıb:
“Dünən mitinqdə olanların hamısı xilas oldu. Bu
insanlar, forma geyinən cəsur oğlanlar, hamısı xilas oldu. Mən
bütün insanlara xahiş və müraciət etmək istəyirəm - övladlarınızı
mitinqə tək buraxmayın, çıxın ki, bu gün bizim uşaqlarımızın
gələcəyini öldürürlər, diri uşaqlarımızı öldürürlər. Dünən axşam
aclıq aksiyası elan etdim”, - Zaza Saralidze
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.