Roman Qotsiridze –Parlamentin Kutaisidə yerləşən binasının satılması cinayətdir
“Milli Hərəkatın” fraksiya sədri, Roman
Qotsiridzenin bəyanatına görə, Parlamentin Kutaisidə yerləşən
keçmiş binasının satılması cinayətdir.
Roman Qotsiridzenin "Interpressnews"-a verdiyi məlumata görə,
hakimiyyətin binanı ucuz qiymətə satacağı istisna deyil.
“Hökumət bu binanı kimə satacaq?! Qeyri-ciddidir. Bu bina bu gün
onun tikilməsi mümkün olan qiymətdən ikiqat ucuza başa gəlib. Əgər
satsalar, kiməsə ucuz qiymətə satacaqlar. Çox düşünmək lazım deyil,
kim, yaxud kimə yaxın olan adamlar alacaq. Bu çox böyük cinayətdir
və satacaqlarına inanmıram”, – Roman Qotsiridze bildirib.