İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9
maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.
"Marneuli" radiosu APA-a istinadən xəbər verir ki, Türkiyənin Van
rayonunun Başkale qəsəbəsində dağıntılar altında qalan 7 nəfər
ölüb, 5 nəfər yaralanıb.
Dağıntılar altında qalanlar var.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy
şəhərində 5.9 maqnitudalı zəlzələ olub.