Üçüncü prezident Mixeil Saakaşvili Gürcüstana necə daxil olub və
həbs olunmazdan əvvəl hara gedib? - Prokurorluq məsələ ilə bağlı
xüsusi brifinq keçirib.
Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilib ki, sentyabrın
28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk
limanından “Vilnius” adlı gəmi daxil olub.
Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə
məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA firmasına məxsus
yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan
öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb.
Bir qədər hərəkət etdikən sonra saat 01:47-də Poti limanı
ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına
istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük
maşınının kabinəsinə sağ tərəfdən daxil olub.
Süd məhsullarının yerləşdirildiyi yuxarıda göstərilən traylerdə
Mixeil Saakaşvilinin olması telefonundan götürülmüş video qeydlər
və video müayinə ilə təsdiqlənib.
Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz
olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.
Qeyd olunan tarixdə saat 02:00-da Mixeil Saakaşvili onun qarşılayan
“Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri
kəndinə, daha sonra isə mikroavtobusla
Lançxuti-Poti-Ozurqeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.
Mixeil Saakaşvili avtomobil ilə mənzilə gələrək burada qalıb.
Hüquq mühafizəçiləri Mixeil Saakaşvilini oktyabrın 1-də Tbilisidə
həbs ediblər.
Cinayət işi üzrə istintaq və prosessual hərəkətlər aparılıb. Mixail
Saakaşvilinin Gürcüstana giriş və hərəkətinin dəqiq marşrutu
müəyyən edilib, 112 müşahidə kamerasının yüzlərlə video qeydləri,
həmçinin özəl şirkətlərin müşahidə kameralarına baxılıb. İşlə
əlaqəli 69 şəxs sorğu-suala tutulub, həmin şəxslərin cib
telefonları yoxlanılıb.
Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr Şöbəsi vasitəsi
ilə hüquqi yardım üçün Ukrayna Respublikasının səlahiyyətli
orqanlarına müraciətlər göndərilib;
Təqsirləndirilən şəxslərin evlərində axtarışlar aparılıb və işlə
əlaqəli sübutlar götürülüb.