PGürcüstan prezidenti Salome Zurabişvili dövlət qulluqçularının
regionlardan avtobuslarla gətirildiyi
“Gürcü arzusu” nun keçirdiyi mitinqi“Putinsayağı aksiya”
adlandırıb.
Prezident Twitter-də Tbilisiyə gələn magistralda tıxacın fotosunu
paylaşaraq yazıb:
“Dünən Gürcüstanın “rusiya qanunu”na və Avropa
gələcəyinə qarşı kütləvi kortəbii etirazların 15-ci günü idi. Bu
gün “Putinsayağı” mitinqdir: dövlət qulluqçuları hakim partiyanın
qərarlarını alqışlamaq üçün avtobuslarla Tbilisiyə gətirilib. Əsl
Gürcüstan azad Gürcüstandır! Avropa Gürcüstanı!” –
Zurabişvili yazır.
Aprelin 29-da “Gürcü arzusu” komitənin dinləmələrində media və
vətəndaş cəmiyyətini məhdudlaşdıran rus qanun layihəsini ikinci
oxunuşda qəbul edib. DünənTbilisidə, Rustaveli prospektində “Gürcü
arzusu”nun toplantısı keçirilib, buraya vətəndaşlar, əsasən büdcə
sektorunda çalışanlar mütəşəkkil şəkildə rayonlardan gətirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.