Oğurluq faktı
Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü L.Ç. oğurluq ittihamı ilə saxlanılıb.

Törədilmiş cinayətə görə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 1977-ci il təvəllüdlü D.K -ya məxsus avtomobilin arxa şüşəsini sındıraraq müxtəlif qiymətli əşyalar oğurlayaraq hadisə yerindən qaçıb.

Hüquq -mühafizə orqanlarının əməkdaşları oğurlanmış əşyaları sübut kimi götürüblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google