Miller: Yeni qanunun Gürcüstanın Avropaya yolundan sapdıracağından narahatıq"
"Biz yeni qanun layihəsinin (“Xarici agentlər” haqqında qanun-red) Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən və ölkənin Avropa yolundan sapmasına səbəb olacağından çox narahatıq".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz həmçinin yeni qanun layihəsinin Gürcüstan vətəndaşlarına keyfiyyətli məlumat vermək üçün çalışan müstəqil media qurumlarına mane olacağından narahatıq, lakin bu, hələ də qanun layihəsi olduğundan heç bir nəticəni müzakirə etməyəcəyəm”,
- o vurğulayıb.

M.Miller hakimlərə qarşı sanksiyalarla bağlı məsələyə də toxunub.

“Sanksiyalar cəzasızlıqdan bəhrələnən bədxahların məsuliyyətə cəlb edilməsinə, həmçinin Gürcüstan cəmiyyətində və məhkəmə sistemində qanunun aliliyinə xələl gətirmək üçün görülən işlərə görə tətbiq edilib. Gürcüstan hakimiyyəti ilə ünsiyyətə gəlincə, biz, əlbəttə hakimiyyəti korrupsionerlərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google