Bakı qarşı tərəfdə çox sayda canlı qüvvəni məhv etdiyini deyir

"Azərbaycan ordusu cəbhənin müxtəlif istiqamətlərindəki əməliyyatlarla çox sayda düşmən əsgərini (yüksək rütbəli hərbi məmurlar da daxil olmaqla) və hərbi texnikanı məhv etdi", – apa.az dövlət xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.



Azərbaycan tərəfinin bildirdiyinə görə, qoşunları bütün cəbhədə əməliyyat vəziyyətinə nəzarət edirlər.

Ermənistan Müdafiə Nazirliyinin bu gün, oktyabrın 20-də yaydığı məlumata görə, münaqişə zonasında döyüşlər güclü gərginliklə davam edir.

Azərbaycan və Ermənistan tərəfləri arasında humanitar atəşkəs iki dəfə qəbul edildi, lakin hər iki dəfə də atəşkəs qüvvəyə mindikdən qısa müddət sonra tərəflər düşmənin atəşkəs şərtlərini pozduğunu bildirdi.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda sentyabrın 27-də yenidən başlayan hərbi əməliyyatlarda həlak olanların rəsmi sayı hələlik məlum deyil. Müxtəlif qeyri-rəsmi məlumatlara görə, ölən əsgərlərin ümumi sayı bir neçə min nəfərdir.

Münaqişə başladıqdan sonra rəsmi Bakı vaxtaşırı münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərinin, o cümlədən Gəncə, Mingəçevir, Balakən, Bərdəyə və ayrıca, Abşeron və Xızı bölgələrinə raket atıldığını bildirir. Öz növbəsində, erməni tərəfinin və de-fakto Dağlıq Qarabağın verdiyi məlumata görə, Şuşa və Stepanakert (Xankəndi) bombalanır. Həmçinin Ermənistan Respublikasının Vardenis şəhəri də bir ara bombalandı.

Cənubi Qafqazın iki ölkəsi arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan Dağlıq Qarabağ və ətrafdakı yeddi ərazinin – Azərbaycanın 20% -nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğuna inanır ki, bu da Ermənistan tərəfindən qəti şəkildə inkar olunur.

Tərəflər 1994-cü ildə atəşkəsə imza atdılar, lakin beynəlxalq təşkilatların himayəsi altında iki ölkə arasında aparılan danışıqlar hələ də nəticəsizdir.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google