“Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət
göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir
neçə il ərzində torpaqlarımızı itirmişik”.
Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə
Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik
komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı
zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev deyib.
“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut,
Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi
işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı
xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə
ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq.
Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş
tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük
hissəsi icra edilir”, – deyə, Dövlət başçısı
bildirib.
Mənbə: report.az