Gürcüstanda koronavirusdan daha 23 xəstə dünyasını dəyişdi
27 oktyabr tarixinə olan məlumata görə, Gürcüstanda daha 23 nəfər
koronavirusdan dünyasını dəyişdi. Bununla da ölkədə ölənlərin sayı
artaraq 238 nəfərə yüksəldi.
Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında
yayımlanıb. Məlumata görə son sutka ərzidnə 23 nəfər koronavirusdan
dünyasını dəyişib.
Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda
koronavirusa (Covid-19) 1 824 yeni yoluxma halı aşkarlanıb və
yoluxan insanların sayı 32 127 nəfərə çatıb.
Sağalanların sayında da artım var – daha 1 262 nəfər sağalıb və
sağalanların sayı 12 632 nəfər olub.
Karantin rejimində 3 757, stasionar nəzarət altında 3 847 nəfər
var, 2 249 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur.
Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən
ölkəyə gətirilib.