Saqareco bələdiyyəsinin Patardzeuli kəndində 28 yaşlı gənc
koronavirusdan dünyasını dəyişib.
Yoluxmuş şəxs Saqarecoda yerləşən Geo-Hospitals xəstəxanasında
müalicə olunurdu. “İnfo Rustavi” xəbər agentliyinə tibb
müəssisəsindən verilən məlumata görə, xəstə 24 ballıq ağciyər
zədələnməsi ilə qəbul edilib və gecikib.
Gənc oğlan həmçinin artıq çəkili olub və iki həftə imiş ki, virusla
mübarizə aparırmış. Lakin həkimlər onun həyatını xilas edə
bilməyiblər.