Daxili İşlər Nazirliyi Rus qanununa qarşı keçirilən aksiyada 14 nəfəri həbs edib
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisinin Rustaveli prospektində, parlament binası yaxınlığında keçirilən anti-Rusiya aksiyasında 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, "zorakı hərəkətlər nəticəsində" bir polis yaralanıb.

“İctimai asayişin qorunması məqsədilə Tbilisidə, Rustaveli prospektində, Parlament binasının yaxınlığında Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları bir neçə saatdır səfərbər olunub. Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə aksiyanın təşkilatçılarını və iştirakçılarını Daxili İşlər Nazirliyinin nümayəndələrinin qanuni tələblərinə tabe olmağa, sərbəst toplaşmaq və ifadə azadlığının qanuni hüdudlarını aşmamağa çağırıblar, aksiya iştirakçıları heç bir addım atmayıblar. Qanuni tələblərini nəzərə alaraq, ictimai asayişi pozmuş, asayiş keşikçilərinə müqavimət göstərmiş və şifahi təhqir etmiş, nəticədə polis İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə uyğun olaraq 14 nəfər həbs edilmişdir”,
- deyə məlumatda bildirilir.

Məlumata görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google