Tbilisidə 11 yaşlı qızı axtarırlar
Tbilisidə şagird, Elene Qiorbelidzeni axtarırlar. Onun ailə üzvləri facebookda məlumat yayırlar. Məlumata əsasən yetkinlik yaşına çatmamış qız bu gün, saat 08:30-da evdən çıxıb və geri qayıtmayıb.

Ailənin məlumatına görə, qız məktəbə getməyib. İşə polis qoşulub.
Hansısa məlumatınız varsa polisin qaynar xəttinə müraciət edin – 112.

Bu gün, səhər evdən çıxıb və hələ də qayıtmayıb. Elene Qiorbelidze 11 yaşında, qara şalvar və qara ayaqqabı geyinib. Çuğuretinin ərazisində yaşayır. Kimsə nəsə bilsə bu nömrəyə zəng edin 593 95 85 89. Çox xahiş edirik maksimum dərəcədə paylaşın!

Uşağı evdən çıxdıqdan sonra heç kim görməyib, məktəbdə olmayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google