Daxili İşlər Nazirliyində
prezidentliyə namizəd Salome Zurabişvili və onun ailə üzvlərinin
təhdid olunması ilə bağlı istintaq davam edir.
DİN-dən “İnterpresnyus”a verilən məlumata görə, istintaq icazəsiz
olaraq kompüter sisteminə daxil olmaq və təhdid faktları ilə bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 1 hissəsi və
151-ci maddəsinin 1-ci hissəsi ilə başlayıb.
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis
Departamentinin
direktoru Vladimir Bortsvadzenin sözlərinə görə, bu il 10 noyabr
tarixində prezidentliyə namizəd Salome Zurabişvili Daxili İşlər
Nazirliyinə ərizə ilə müraciət edib və bildirib ki, o, və ailə
üzvlərinə qarşı "Facebook" sosial şəbəkəsi vasitəsilə təhdidlər
alırlar. Onlar xüsusilə həyat və sağlamlıqlarından məhrum edilmə
ilə bağlı mesajlar alırlar.
Vladimir Bortsvadzenin bildirdiyinə görə, həmin gün Daxili İşlər
Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində kompüter
sisteminə icazəsiz giriş və təhdid faktı ilə bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 284-cü maddəsinin 1 hissəsi və 151-ci
maddəsinin 1-ci hissəsi ilə istintaq başlayıb. Onun sözlərinə görə,
məsələ ilə bağlı istintaq fəaliyyətləri davam etdirilir.
"İşin prezidentliyə namizədlə bağlı olduğunu nəzərə
alaraq, istintaq intensiv şəkildə aparılacaq. Dinc mühitdə
seçkilərin keçirilməsini təmin etmək üçün qanunun icazə verdiyi
bütün imkanlardan istifadə edirik. İstintaqla əlaqədar əlavə
məlumat olduğu təqdirdə ictimaiyyəti mütləq məlumatlandıracağıq
", - Vladimer Bortsvadze deyib.