Soyuq havalar üçün faydalı məsləhətlər
Qışın soyuq aylarında isti və rahat olmaq üçün bu məsləhətlərdən faydalana bilərsiniz

Evdə yanınızda bir örtük saxlayın


Evdə isinmək üçün örtük əla vasitədir.Yatarkən üşüməmək üçün yorğanın üzərindən qalın bir ədyal ata bilərsiniz. Yaxud film izləyərkən şala bürünmək istirahətinizə başqa bir dad qatar.
Əsas məsələ isə doğru yorğan seçimidir.Tərkibində artıq sintetik olan yorğanlar sizi tərlədər.Ən yaxşısı yun ədyaldır.


Qızdırıcılardan istifadə edin

İçinə isti su doldurulan qızdırıcılardan çox vaxt yatan zaman yararlanırıq. Bu rezin dostdan daha çox istifadə edə bilərik: divanda oturarkən, işə getməmişdən əvvəl maşınınızın oturacağını isitmək üçün, uzu gəzintilər zamanı gödəkçənin içinə qoyaraq və ya ofisdə üşüməmək üçün dizimizin üstündə saxlayaraq. Bu yolla qışın necə gəlib,getdiyini hiss etməyəcəksiniz.

Ləzzətli isti şokolada "Yox" deməyin


Soyuğu hiss etməmək üçün tez-tez isti içkilər qəbul etmək əla vasitədir. Bu zaman bədən temperaturu daxildən yüksəlir. (Ancaq qaynar içkidən uzaq durun. Qaynar içki bizi sürətlə tərlədir və bədən eyni sürətlə də soyuyur)
Özünüzü kremli, marşmelovlu və ya karamelli isti şokolada qonaq edin.


Yağlı qidalardan yan keçməyin

İsti şokoladınızı kremli-qaymaqlı içməyin digər yaxşı səbəbi də tərkibindəki yağdır. Belə ki, yağlı qidalar bədənin daxili istiliyini artırır. Orqanizm həzm prosesində enerjidən istifadə edir. Bu zaman bədənimiz isinir və yağlar gec həzm olunduğuna görə bədənimiz uzun müddət isti qalır.
Qızardılmış çörəyə çoxlu yağ sürtün, yer fıstığını bol-bol yeyin və avokadodan yan keçməyin!


Zəncəfilə üstünlük verin

Zəncəfil kökü qan dövranını sürətləndirərək bədən temperaturunu artırır.İsti suya azca limon sıxın, bal qatın və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, qarışdırıb için. Yaxud tərəvəz qızartmasına bir-iki xırda zəncəfil də əlavə edin.
Zəncəfilli çörək də yaxşı seçimdir. Zəncəfilin dadı və qoxusunu bəyənmirsinizsə, qana yaxşı təsir edən başqa qidalardan istifadə edin, məsələn, istiot, sarımsaq və goji meyvəsi soyuq havada dostlarımız sayıla bilər.


Soyuq havanın qarşısını alın

Evdə isinmək üçün digər bir üsul qapının altından içəri girən soyuq havanın qarşını almaqdır. Bunun üçün köhnə bir dəsmalı bir neçə dəfə qatlayıb tikmək bəs edər.

İsti yoqanı sınaqdan keçirin


İsti yoqa üçün isti otaq lazımdır. Bu isə həddindən artıq tərləməyə səbəb olur. Tanımadığınız insanlarla eyni otaqda tərləmək yaxşı səslənməsə də, soyuq havada həm isinəcək, həm də qan dövranınızın sürətlənməsinə şərait yaratmış olacaqsınız.
Üstəgəl yaxşı dartılmış əzələlər və yüksək enerji sahibinə çevriləcəksiniz. Və çox güman ki, bu, sizə baha başa gəlməyəcək. Bir çox yoqa mərkəzləri bir aylıq pulsuz sınama təklifi və ya yeni gələnlərə endirimlər təqdim edir. Sınamağa dəyər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google