Şəxsi həyatın ictimailəşdirilməsi qadınların siyasətdən çıxarılması üçün qəddar metoddur - Qadın Hərəkatı
“Qadın Hərəkatı” Eka Beselianin mümkün şəxsi həyatına aid videonun yayılmasına rəy bildirib. Təşkilatın məktubunda oxuduğumuz görə əsasən qadınların tuş gəldiyi, şəxsi həyatı təsvir edən kadrların yayılması onların qorxudulması və siyasətdən çıxarılması metodudur.

“Patriarxal sistem və mədəniyyət bu növ cəzalandırması siyasi və ya ictimai baxımdan aktiv olan qadınları və siyasətə gəlmək istəyənləri qorxudur. Şəxsi həmçinin, seksual həyatla manipulyasiya və ya onun ictimailəşdirilməsi siyasətdən çıxarmaq, onların mənəvi diskriminasiya və tam marjinallaşdırılmasının qəddar metodudur”
- yazır Qadın Hərəkatı bəyanatında.

Hərəkat qeyd edir ki, qeyd olunan təhlükə hederoseksual kişi siyasətçilər üçün daha azdır və onlar üçün seksual həyatı təsvir edən kadrların yayılması daha az şantaj və qorxutma mənbəyidir.

“Qadın Hərəkatı şəxsi həaytı təsvir edən kadrların ictimailəşdirilməsinin qurbanı olan bütün qadınların yanında olduğunu və dəstəyini bildirir. Belə hallar olduqca çox sayda artır. Qadın Hərəkatı oxşar forma ilə qadınların şəxsi və ya ictimai həyatına hücumu qınayır. Qadınlara qarşı belə metodlarla mübarizə aparmaq nəinki insan hüquqlarını pozur həm də dümokratiyanı yerə vurur” - deyilir bəyanatda.

Eka Beselianin şəxsi həyatını təsvir edən kadrların yayılması haqqında məlumat dünən 28 yanvarda yayılıb. Eka Beselia kadrların yayılması ilə bağlı hüquqi orqanları effektli və vaxtında istintaqa başlamağa çağırıb.

“Bu material kimin əlində idi? Kim ki, qanunsuz qeyd həyata keçirib 2012-ci ilin 1 oktyabr seçkilərindən əvvəl mənə mənəvi təsir göstərməyə çalışıb, amma heç nə alınmadı. Kim istintaqa və yekunda məhkəməyə verib... davam etməyəcəm!”
- bildirib deputat. O, 2018-ci ildə Ali Məhkəmənin hakimliyinə namizəd olanların siyahısına görə öz komanda üzvləri ilə mübahisə edib.

DİN kadrların yayılması ilə bağlı artıq istintaqa başlayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია