Eka Beselianın ictimayyətə açıq məktubu
Parlament çoxluğunun üzvü Eka Beselia sosial
şəbəkədə ictimaiyyətə açıq məktubla müraciət edib.
Netgazeti müraciəti olduğu kimi sizə təqdim
edir:
“Qərar verdim ki, açıq şəkildə şəxsən sizə müraciət edim.
İlk olaraq mənəvi teror arxasında duran şəxsə müraciət edirəm – o
da bu cəmiyyətin bir hissəsidir və demək istəyirəm ki, məqsədinə
nail ola bilmədin!!!1 Məni dayandıra, susdura, yoxa çıxara
bilməyəcəksən!!!
Bacarmayacaqsan! Məndə yeni Eka oyatdın və onda özünə inamı,
öhdəliyi və məsuliyəti daha da artırdırdın ki, o, başqalarını
özündən daha yaxşı qoruya bilir!!!
Sonra bu illər ərzində, mənim siyasətdə olduğumdan bu yana mənə
görə çox şey yaşayan ailəmə müraciət edirəm. Mən bu qədər həyəcan
üçün onlardan üzr istəyirəm, amma həmişə olduğu kimi inanıram ki,
indidə sözsüz bir-birimizi başa düşürük.
Bütün qadınlara müraciət edirəm – siz reallığı dəyişə bilərsiniz.
Siyasətdə daha çox qadına ehtiyac var! Bunu özümün çox sayda
katarsisdən keçdiyim zaman başa düşdüm. Çox sayda çətinliklər
aşmalı və daim zəif olmadığımı təsdiq etdiyim zaman! Müstəqil
şəkildə dəyər yarada bilən və başqasının əlinə baxan olmamağımı
dərk edən zaman...Məhz qadınların bu qədər çətinlik görüb aşmaması
üçün, siyasətə çoxunuz gəlin və mübarizə aparın ki, siyasət bu gün
olduğundan daha insani, daha mehriban olsun.
İndi bütün qalanlara müraciət edəcəm:
Yayımladıqlarının məzmununda izah olunacaq heç nə yoxdur, forma
iyrəncdir. Ailə bərabərliyini pozmaq və gizli kamera ilə şəxsi
həyata müdaxilə; Heç kimin orada işi olmayan bir yer!!!
Toxunulmayan!!!
Saakaşvili rejimi bütün ictimai şəxslərə qarşı bunu edirdi. O,
insan dəyərlərini ayaq altına atan sistem yaratdı. Fiziki və mənəvi
baxımdan insanı məhv edirdi.
İnsan dəyər kimi mövcud deyildi.
Məhz ona görə ki, bunu qaldıra və uyğunlaşa bilmirdim, olduğundan
da daha komfortlu, mənim üçün hazırlanan kabinetimi bağladım və
başqalarını qorumaq üçün küçəyə barikadalara, aksiyalara,mitinqlərə
çıxdım!!!
Bu ölüm-dirim mübarizəsində Saakaşvilinin adamları mənə və
dostlarıma əvvəl daş, sonra zəhərli qaz, plastik qadağan olunmuş
güllələr atan və bizi öldürmək istəyən zaman ayaqda durmağı
bacardım. Mən, qadın, bu qəddar qırğınlar zamanı ayaqda durdum və
mənimlə birgə kim dururdu yadına salsın – heç vaxt qaçmamışam! Heç
vaxt qorxmamışam! Heç vaxt peşman olmamışam!
Və ən ağır imtahan – 2009-11-ci illər, mənim şagird evladımın və 11
yaşlı kiçik qardaşımın birgə polisə müqavimət göstərmək ittihamı
ilə həbs olunması. Bütün instansiyalar xoşbəxtcəsinə anasına görə
cəzalandırılan günahsız uşaqları mühakimə etdi. Başqalarını
mühakimə etdikləri kimi...Heç kim məni gözü yaşlı, qorxmuş, sınmış
və geri çevrilmiş görməyib...
Və 2012-ci ilin 1 oktyabrı gəldi. Nə qədər incisəm də heç vaxt
Bidzina İvanişvilinin bu şahidliyini unutmayacam. O, hər şeyi
tərəziyə qoydu və bu mübarizədə önə çıxdı... Onun siyasətə
qoşulmasından üç gün sonra mənə zəng etdi və dedi ki, bu mübarizədə
onunla yola çıxım... Mənim ilk görüşümdə dediyim söz bu idi – nə
üçün mübarizə aparırdım? Bu ölkədə ədaləti bərpa etməli idik!
Məqsəd və şərtim olaraq bunu dedim!!!
Geridə qalanı hamınızın gördüyünüz idi...
1 oktyabrda ən qəddar rejim məğlub oldu və mən və mənim
həmfikirlərimin ilk etdiyi – işgəncə çəkənlər və həbsxana – azadlıq
manifesti ilə onları azad etdik. Milli Hərəkata ən böyük siyasi
zərbə vurduq və 215 siyasi məhbusu parlament qərarı ilə əfv etdik.
Minlərlər məhbus isə cəzası azalaraq azad olundu.
Bu zərbənin cavabı bu günə qədər başa çatmayan mənə qarşı olan çox
ayda hücumlar və məsxərələrdir. Rəqiblər intiqam almağa belə
çalışırdılar.
Heç vaxt peşman olmamışam, əksinə bu illər boyunca həmin günün
xoşbəxtliyinin emosiyası mənimlə idi. Həbsxananın qapısını açdıq və
məhbusları günəş işığına çıxardıq. Bunu ancaq başqasının azadlığı
üçün çalışanlar başa düşər; Maddi gəlirlər həyatın mənası olmayan
və bir nəfəri belə təmənnasız qoruyan şəxslər bunu anlayar.
Doğrudur, bu gün bizim “komandada” elə adamlar peydah olub ki, bu
manifestin və dəyərin aktını kölgəyə salırlar. Amma bu tarixin
mülkünə çevrildi və azadlığın dəyəri başqa heç nə deyil...
Saakaşvili rejiminin siyasi və hüquqi qiymətləndirilməsi – bu da
mənim və həmfikirlərimin əli ilə oldu... nəticə yazılan zaman
işgəncə verilən məhbusların şikayətlərini analiz etməsini xahiş
edəndə, Levan Qoqiaçaişvilinin emosiyalı sualı yadımdadır.
“Sənə nə etmişəm ki, mənə bu yoldan yenidən apardın?...” Bu yolu
hamımız, zorakı deyil qurban olanlar birgə keçdik...
Və azadlıq və ədalətin icrası üçün bu qələbəni istəyirdik!
Alındımı???
Və indi, yekunda, Gürcü Arzusuna müraciət edirəm:
Alındımı? Bunu bacardıqmı???
Başladıq və sonuna kimi apara bilmədik... Kollektiv zorakı
fraqmentlərlə, amma böyük dozada bizim “komadaya” daxil oldu...
daxildən təkanlara başladı...
Bizim cəmiyyət bu əvəzedilmişi zorakı arzuçu rolunda qəbul
etmədi... Bu qarışıq “komada” ilə ədaləti qazana bilmədi.
Ədalətin icra olunmasını sona çatdıra bilmədik...
Mən 7 ilin tamamında daxildə bu haqda danışmağa, narahat olmağa son
qoyuram və ictimai şəkildə deyirəm yetərlidir!
Hər şeyə ad verək!
Zorakının reinkarnasiyasına qədər onlardan aşağıda olanların
örtülməsi ilə məsafəsini azaldırıq. Bu zaman isə neçə nəfər bizimlə
mübarizə aparanların ürəyini ədalətsizcəsinə qırmış oluruq...
Məhz buna görə bu rejimə xidmət göstərənləri qurban olaraq elan
etmək və hakim mantiyası rolunda irəli aparmaq olmaz.. Mən heç vaxt
bunu qəbul edə bilməzdim!!!
Mən bir daha çılpaq naqillərə toxundum və dedim ki, bu mübarizədə
geri çəkilməyəcəm.
Bu qrup olduqca kökünə bağlıdır və hər formada mübarizə aparır”
Mənəvi terroru da bunun bir hissəsi hesab edirəm!
Mənim cavabım?
Siyasi gün qrafiki ilə yaşamağı planlaşdırmırdım və bu kəskin
qərarım idi, amma yenə də onlar məni məcbur etdilər və indi özünüzü
qoruyun!
Biz sizi məğlub edəcəyik, çünki mən özümdə birindən başqa bütün
qorxuları məğlub etdim – Qalaktionun dili ilə desəm – mən ölümə
bənzəyən və daha pis həyatdan qorxuram!
Ona görə də birgə irəli gedək və öz azadlığımızı və ədalətimizi
birgə qazanaq!!!”.