Heç bir qəza törətməyən sürücülər "bonus" sistemdən istifadə edəcəklər və maşının sığortası üçün 100 laridən az məbləğ ödəyəcəklər
İl ərzində bir neçə dəfə qəza halları törədən avtomobillər üçün üçüncü şəxsin məcburi sığorta paketini qazanmaq olduqca baha başa gələcək – bu haqda sığorta üzrə nəzarət xidmətinin rəhbərinin birinci müavini İrakli Tutaraşvili bildirib.

Onun izahatına görə, mülki cavabdehlik üzrə məcburi sığorta haqqında hazırlanmış qanun layihəsi qüvvəyə minməsindən üç il sonra “bonus-malus” sisteminin qəbul edilməsini nəzərdə tutur.

“Qanunla nəzərdə tutulub ki, ölkədə üç ildən sonra “Bonus-malus” sistemi qəbul oluna bilər. Bu deməkdir ki, əgər sürücü bir neçə il ərzində qəza halı törətmirsə və yaxşı sürücüdürsə, o, tez-tez qəza törədən sürücülərdən fərqli olaraq sığorta premiyasını az miqdarda ödəməli olacaq. Bildiyiniz kimi qanun layihəsində sığorta paketinin dəyişən illik dəyərinin aşağı və yuxarı həddi nəzərdə tutulub. Bonus-malus sisteminə əsasən isə əgər məsələn, minik maşınının sürücüsü üçün sığorta paketinin illik dəyəri 100-dən 150-lariyə qədərdir. Qanuna tabe olan sürücülər ola bilsin 100 laridən olduqca az məbləğ ödəsinlər, pis sürücülər isə sığorta premiyası olaraq 150 laridən artıq məbləğ ödəyəcəklər” - İrakli Tutaraşvili bildirib.

Xatırladaq ki, üçüncü şəxsin məcburi sığortası Gürcüstan güman ki, 1 iyuldan qüvvəyə minəcək. Qanun layihəsi ilə nəqliyyat vasitələri kateqoriyasına əsasən illik sığortanın minimal və maksimum qiymətləri müəyyən edilib:

Mühərrikinin həcmi 50 sm3-dən artıq olan motosikl – 75.00-110.00 lari;
İcazə verilən maksimum kütləsi 3 500 kq, oturacaq yerlərin sayı isə (sürücüdən əlavə) 8 nəfərdən çox olan minik maşını üçün – 100.00 – 150.00 lari;
Oturacaqlarının sayı (sürücüdən əlavə) 8 nəfərdən artıq olmayan avtobuslar üçün – 160.00 - 240.00 lari;
İcazə verilən maksimum kütləs 3500 kq-dana rtıq olmayan yük maşınları üçün – 210.00 - 310.00 lari;
Qoşqular üçün – 50.00 - 75.00 lari;
Kənd-təsərrüfatı maşınları, xüsusi özü hərəkət edən maşınlar üçün – 60.00 - 90.00 lari.

Print ელ. ფოსტა
FaceBook Twitter Google