Xəbərlər
Bu gün Muşevani (Dəllər) kəndində əhalinin koronavirusa görə genişmiqyaslı testi keçiriləcək
Bolnisi bələdiyyəsinin Muşevani (Dəllər) kəndinin əhalisi bu gün koronavirusa görə genişmiqyaslı testdən keçiriləcək. Bolnisi meriyasından “İnterpressnews”-a verilən məlumata görə, Muşevani kəndində epidemioloqlardan ibarət 9 qrup işləyəcək və 500-dən artıq kənd sakinindən analiz nümunəsi götürüləcək.

Bolnisi bələdiyyəsinin Muşevani kəndi koronavirus hallarının müşahidə olunmasından sonra, aprelin 25-dən bağlanıb və kənddə sərt karantin rejimi tətbiq olunub. Kəndin girişində blok-post qurulub, kənddə tətbiq olunan məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti hüquq-mühafizə orqanları həyata keçirir.

Muşevanidə Covid-19-a yoluxanların sayı son məlumatlara görə 56 nəfərdir. Bolnisi bələdiyyəsindən bu günə kimi ümumilikdə 165 nəfər koronavirusa yoluxub, 76 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.

FaceBook Twitter Google
დაიცავი დისტანცია