Xəbərlər
Hökumət pandemiyaya görə işsiz qalanların və özünüməşğulların yardım alması üçün qeydiyyat vaxtını 1 avqusta qədər uzadıb
Hökumət pandemiyaya görə işsiz qalanların və özünüməşğulların yardım alması üçün qeydiyyat vaxtını 1 avqusta qədər uzadıb. Qiorqi Qaxaria hökumətin bugünkü iclasında bildirib ki, ehtiyac olduğu halda qeydiyyat vaxtı yenə uzadılacaq.

“Bildiyiniz kimi, qeydiyyat vaxtı başa çatıb. Ancaq hökumət qərar qəbul edib ki, vaxt 1 avqusta qədər uzadılsın. Lazımı sənədləri toplamaq üçün gecikən şəxslər üçün vaxt uzadılıb və əgər lazım olarsa, qeydiyyat vaxtını yenə uzadacağıq. Bu gün epidemiya ilə mübarizədən başqa ilk və ən vacib məqsəd böhrana görə gəliri azalan, yaxud gəlirini itirən vətəndaşlara kömək etməkdir”,
– Baş nazir bildirib.

Baş nazirin bildirdiyinə görə, bu günə qədər 121 719 nəfər özünüməşğul və 129 000-dən artıq işlə təmin olunan şəxs dövlətdən yardım alıb.

“Bu rəqəmlərin artması üçün əlimizdən gələni edirik və bizim vaxtı uzatmağımız da məhz buna görədir. Özünüməşğullar qismində yardımın hədəfi genişlənir və bu gün xaricdə mövsüm işləri ilə bağlı işləyən adamlara da yardım göstərəcəyik. Onlardan da ərizələrin qəbul olunmasına başlayacağıq”, – Baş nazir qeyd edib.

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია