Sosial reytinq balı 150000-ə qədər olan tələbələrin bir
semestrinin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Bundan əlavə, reytinq balı 150.000 olan və təhsil haqqının
ödənilməməsi səbəbindən statusu dayandırılmış tələbələrin 2020-21
tədris ilinin təhsil haqqı da dövlət tərəfindən ödəniləcək.
"Sosial baxımdan reytinq balı 150 000-dək olan bütün
tələbələr, 2020-2021 tədris ilinin bir semestri üçün dövlətdən
təhsil haqqı alacaqlar. Bundan əlavə, təhsil haqqının ödənilməməsi
səbəbindən tələbə status dayandırılan və sosial reytinq balı 150
000-ə qədər olan bütün tələbələrə, 1 ilin, 2020-21-ci tədris ilinin
təhsil haqqı - 1225 lari dövlət tərəfindən kompensasiya
ediləcək", - deyə baş nazir Qiorqi Qaxariya
bildirib.
Onun sözlərinə görə, nəticədə 33 mindən çox tələbə bu güzəştlərdən
yararlanacaq.