Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi
Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

K.Kemoklidze keçmiş baş nazir Qiorqi Qaxariyaya minnətdarlıq edib, yeni baş nazir İrakli Qaribaşviliyə isə uğurlar diləyib.

O, Gürcüstanın gücünün yalnız birlikdə olduğunu qeyd edib.

“Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik!”, - Kaxaber Kemoklidze yazıb.

Qeyd edək ki, K.Kemoklidze bu ilin 4 fevralında hökumət administrasiyasının rəhbəri təyin olunub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google