Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik - İrakli Qaribaşvili
"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə oldu.

Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია