Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisi sədrinin müavini seçilib
Bu gün, 3 dekabr tarixində, Marneulinin yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclası baş tutub. Bələdiyyə sədri vəzifəsinə Amiran Qiorqadze seçildikdən sonra o, müavinliyə namizədləri təqdim edib. Üçüncü müavin vəzifəsinə Bələdiyyə Məclisinin Sadaxlı majoritar dairəsindən deputatı Rövşən İsgəndərov seçilib. Birinci müavin vəzifəsinə Tariel Məmmədov, ikinci müavin vəzifəsinə isə Riçard Qiqani təyin olunub.

Bələdiyyə Məclisinin seçilmiş deputatları gizli səsvermə nəticəsində müavinləri seçiblər.

Rövşən İsgəndərov 2017-ci il çağırışı Bələdiyyə Məclisində də deputat idi.

2 oktyabr tarixində, yerli özünüidarə seçkilərində seçilmiş deputatların ilk iclası bu gün, 3 dekabr tarixində keçirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია