Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı
yekun qərar 2023-cü ilin əvvəlində veriləcək.
"Reuters"in verdiyi məlumata görə, bunu TAP-ın icraçı direktoru
Luka Şepati Gastech konfransı çərçivəsində bildirib.
O qeyd edib ki, Azərbaycanda bir neçə yataqdan əlavə qaz tədarük
ediləcək.
Skepati deyir:
“Əgər potensialın genişləndirilməsi üçün
kifayət qədər tələbat olarsa, biz bu prosesə başlayacağıq ki, bu da
mərhələ-mərhələ baş verə bilər”.
Onun sözlərinə görə, TAP 36 aydan sonra Avropaya ilk əlavə qaz
həcmini verə biləcək, 60 ay ərzində isə gücünü iki dəfə
artıracaq.
"Trans-Adriatik boru kəmərinin genişləndirilməsi
Avropaya enerji vektorunu dəyişməyə kömək edəcək", -
Luca Schepati deyir.
Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi imkanları müntəzəm
bazar sınaqları ilə bazarda sınaqdan keçirilir. 2021-ci il bazar
sınaqları davam edir və birinci mərhələ noyabr ayında baş tutacaq.
Bununla belə, Skepati qeyd edib ki, sənaye hazırda karbon
neytrallığına nail olmaq üçün hidrogenə diqqət yetirir. 2021-ci
ildə aparılan ilkin tədqiqat TAP-ın hidrogeni nəql edə biləcəyini
təsdiqləyib.
Azərbaycan qazının “Cənub dəhlizi” ilə Avropaya çatdırılmasına
2020-ci il dekabrın 31-dən başlanılıb. Azərbaycan tarixdə ilk dəfə
olaraq öz təbii qazını boru kəməri ilə Avropa bazarına çıxarıb.
Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa
çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirə bilmişdir.
Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP İtaliyaya 8 milyard
kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz
verir.
TAP TANAP-ın davamı olan “Cənub Qaz Dəhlizinin” sonuncu
komponentidir. Sonuncu Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən
keçir.