İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib.

Məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, İ. Qaribaşvili səfər çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

Baş nazirin
səfər çərçivəsində Nyu-Yorkda ikitərəfli və yüksək səviyyəli görüşləri planlaşdırılıb.

İrakli Qaribaşvilini səfərdə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.

Mənbə: Publika
Print ელ. ფოსტა
თეგები: #georgia #USE
FaceBook Twitter Google