2022-ci il yanvarın 1-dən sentyabrın 7-dək paytaxt ərazisində
parklanma haqlarının ödənilməməsinə görə 254 965 elektron cərimə
qəbzi verilib.
Tbilisi meriyasından daxil olan ictimai məlumatlara cavab olaraq
“İnterpressnews”a verilən məlumata görə, 2022-ci ilin 8 ayı ərzində
verilən cərimə qəbzlərinin sayı 2021-ci ilin tam göstəricisini 88
719 ədəd ötüb.
“Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 1252-ci
maddəsinin birinci hissəsi Tbilisi şəhərinin inzibati hüdudları
daxilində Tbilisi bələdiyyəsinin nümayəndəlik orqanı tərəfindən
müəyyən edilmiş parkinq rüsumunu ödəmədən nəqliyyat vasitəsinin
park edilməsini nəzərdə tutan hüquq pozuntusunu nəzərdə tutur. Qeyd
olunan maddə əsasında zonalar üzrə müəyyən edilmiş parklanma
haqlarının ödənilməməsinə görə 2020-ci ildə 16 627 elektron cərimə
qəbzi, 2021-ci ildə 166 246 elektron cərimə qəbzi, 2022-ci il
yanvarın 1-dən sentyabrın 7-dək isə 254 965 elektron cərimə qəbzi
verilib.
Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1252-ci maddəsinin birinci
hissəsində nəzərdə tutulmuş xətaya görə cərimənin məbləği 10
laridir. Qeyd olunan məbləğin dövlət büdcəsinə ödəniləcəyini nəzərə
alaraq, “Tbilisi Nəqliyyat Şirkəti” MMC bu hissədə vəsaitin həcmi
barədə sizə məlumat vermək imkanından məhrumdur”, -
“İnterpress News”a verilən məlumatda deyilir.