Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin müşaviri "Rus qanununun" qəbuluna etiraz əlaməti olaraq vəzifəsindən istefa verib

“Agentlər Qanunu”nun yenidən işə salınması ilə əlaqədar İvliane Xaindrava istefa verib.

O, son beş ildə Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin müşaviri olub.

“Bu gün ərizə yazdım... Vətəndaş qarşıdurmasına aparan kursla razılaşmadığım üçün istefa verdim. Mən qanun layihəsini və onun ikinci dəfə təqdim edilməsindən sonra baş verəcək hər şeyi nəzərdə tuturam”, - İvliane Xaindrava “Azadlıq” radiosu
ilə söhbətində bildirib.

İvliane Xaindrava 2019-cu ilin yanvar ayından nazirin müşaviri vəzifəsini tutub.

İvliane Xaindrava iki çağırış parlamentin deputatı, “Respublika Partiyası”nın sədri olub və müxtəlif vəzifələrdə çalışıb.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google