Rustavidə yol qəzası baş verib
Rustavidə “Yeni körpü” adlanan yerin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi” informasiya agentliyinin məlumatına görə, iki avtomobil bir-biri ilə toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Yaralılardan biri təcili tibbi yardım briqadası tərəfindən mərkəzi xəstəxanaya çatdırılıb. Klinikadan bildiriblər ki, həmin şəxs yüngül xəsarət alıb və tibbi yardım göstərməkdən imtina edib.

İkinci yaralı isə “Rustavi” klinikasına yerləşdirilib. Müalicə müəssisəsində onun səhhətinin vəziyyəti nisbətən stabil qiymətləndirilir. Xəstə üzərində müvafiq araşdırmalar aparılır.

Print ელ. ფოსტა
თეგები: #criminal #georgia #rustavi
FaceBook Twitter Google