Gürcüstan ümumi siyasəti çərçivəsində göstərdiyi səylərlə regionda
sülh və sabitliyin gücləndirilməsinə töhfə verməyə davam edir.
Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.
Nazir qeyd edib ki, rəsmi Tbilisi hər zaman Azərbaycan və
Ermənistan üçün müzakirələrin aparıldığı platforma olmağa
hazırdır.
"Gürcüstan sülhün gücləndirilməsi üçün bizim cənub
qonşularımıza hər zaman dialoq məkanı təklif etməyə hazır olub və
bizim ölkəmizin bu istiqamətdəki təklifi hələ də keçərlidir. Əgər
ölkəmiz üçün vasitəçilik prosesində iştirak zəruri olarsa, biz buna
hər zaman hazırıq və bunu üçün bizim tərəfimizdən heç bir ön şərt
irəli sürülmür. Bizim əsas məqsədimiz regionumuzda sülh və
sabitlikdir", - deyə Darçiaşvili qeyd edib.