Marneuli bazarında məhsulların qiymətləri (FOTO)
Marneuli bazarı ticarət məkanlarından hesab olunan yerlərdən biridir.

Marneuli bazarı səhər erkəndən açılır və çox sayda müştərini qəbul edir. Əhali sıxlığı olmasına baxmayaraq, satıcılar alıcıların az olmasından şikayət edirlər. Vəziyyətin belə olmasını isə iqtisadi böhranla açıqlayırlar.

“Qiymətlər ucuzlaşıb. Soğan 1,20 laridir. Əvvəl isə 1,50 lari idi. Sarımsağın qiyməti 6 lariyə qədər dəyişir, o da ucuzlaşıb. İndi
ən çox pomidor və xiyara tələbat var. Onların qiyməti artıb. Sarımsaq və soğana, meyvəyə də tələb var. Onların qiyməti artmayıb. Alıcı azdır, çünki xalqda pul yoxdur. Əvvəl 500 larilik alver edirdimsə indi 100 larilik edirəm. Ola bilsin, heç 100 də olmur”,
– satıcılardan biri deyir.

Marneuli bazarındakı müxtəlif məhsulların qiymətlərini sizə təqdim edirik:
  • 1 kq xiyar – 2 lari
  • 1 kq- pomidor – 1 lari
  • 1 kq üzüm – 2 lari
  • 1 kq soğan – 1,20-1,50 lari
  • 1 kq sarımsaq – 5 lari
  • 1 kq badımcan – 2 lari
  • 1 kq qırmızı bibər – 2,50 lari
  • 1 kq kök – 2 lari
  • 1 kq kələm – 1,50 lari
  • 1 kq limon – 5 lari

Print ელ. ფოსტა
FaceBook Twitter Google