Son vaxtlar un 10 lari ucuzlaşıb, bu gündən bir neçə növ çörəyin
qiyməti isə 10 tetri ucuzlaşacaq
– bu barədə “Biznes Press News”a Çörəkçilər Assosiasiyasının
rəhbəri bildirib.
Malxaz Dolidzenin sözlərinə görə, Tbilisidə 2 şirkət bu gündən 4
növ çörəyin qiymətini aşağı salacaq. Bölgələrdə isə proses xeyli
əvvəl başlayıb və orada da qiymət 10 tetri aşağı
salınıb.
“Son vaxtlar unun qiyməti xeyli aşağı düşüb. 82 laridən
72 lariyə qədər. Qiymətlərin enməsi regionlarda daha tez özünü
göstərdi, çünki orada “Sokar” çörək zavodlarının qaz tarifini
subsidiyalaşdırmışdı, lakin Tbilisi bundan təsirlənmədi və biz 1,38
lari ödəyirik.Bu gündən isə 2 şirkət 4 növün qiymətini endirir.
Kütləvi çörək istehsalı 10 tetri ucuzlaşır. Biz bu tendensiyanın
Yeni ilə qədər davam edəcəyini gözləyirik.
Vacibdir ki, Rusiya bazarında artıq məhsulla yanaşı, bu il də
ölkəmizdə məhsul kifayət qədər yaxşı olub və buğdanın Qazaxıstandan
gətirilə biləcəyi ilə bağlı məlumatlar yayılır”, -
deyə Dolidze “Business Press News”a bildirib.