İrakli Qaribaşvili - Rusiyanın Ukraynadakı genişmiqyaslı müharibəsi ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirir - Gürcüstan Ukraynanın yanındadır
“Müharibə hələ də davam edir, mənim ölkəmdən uzaqda deyil”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasında çıxışı zamanı Rusiyanın Ukraynadakı genişmiqyaslı müharibəsinin ölkənin ərazi bütövlüyü və suverenliyinə, habelə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zərbə vurduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan Ukraynanın yanında dayanır.

“Gürcüstan Ukraynanın yanındadır. Müharibə başlayandan bəri hökumətimiz 1000 tondan çox yük göndərməklə Ukraynaya əhəmiyyətli humanitar yardım göstərmişdir. Gürcüstan hazırda bizimlə yaşayan 32 mindən çox ukraynalıya və onların yaşayış yerlərinə maliyyə yardımı edir", - baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hökuməti Ukraynaya dəstək üçün bütün əsas beynəlxalq təşkilatlar və institutlar tərəfindən irəli sürülən 400-ə yaxın qətnamə, bəyanat, birgə mövqe və digər təşəbbüslər təklif edib, onlara qoşulub və dəstəkləyib.

“Gürcüstanın təhsil sistemində 1500-dən çox ukraynalı tələbə təhsil alır. Onların bir çoxu Ukrayna dilini standart Ukrayna kurikulumuna uyğun olaraq öyrənirlər.

Biz bütün əsas beynəlxalq təşkilatlar və qurumlar tərəfindən Ukraynaya dəstək məqsədilə irəli sürülən 400-ə yaxın qətnamə, bəyanat, birgə mövqe və digər təşəbbüslər irəli sürmüş, onlara qoşulmuş və ya dəstəkləmişik, o cümlədən BMT Baş Assambleyasının Rusiyanın humanitar nəticələrinə dair 76 saylı qətnaməsinin əsas tərəfdarları sırasındayıq",
- deyə Qaribaşvili bildirib.

Print ელ. ფოსტა
თეგები: #georgia
FaceBook Twitter Google