2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan Türk
limanlarına 1 milyon 868 min 480 ton yük daşınıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən
gəmilər Gürcüstandan limanlara 809 min 599 ton, digər ölkələrin
bayraqları altında üzən gəmilər isə 1 milyon 58 min 878 ton yük
çatdırıb.
Bu müddət ərzində Gürcüstan bayraqlı gəmilərlə Türkiyə limanlarına
3 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında
Türkiyə limanlarına Gürcüstandan 1 milyon 181 min 957 ton tranzit
yük daşınıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31
milyon 992 min 434 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 29 milyon 712 min 664 ton olub.
Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından
6 milyon 635 min 624 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr
aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul
edib.
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında
gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib.
Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil
edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında
Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük
daşınıb.
Mənbə: trend.az