İran təhlükəsizlik qüvvələri 17 yaşlı etirazçını öldürüb — BBC
İran təhlükəsizlik qüvvələri yaxın məsafədən atəş açaraq 17 yaşlı gənci öldürüb. Məlumatı BBC-nin farsdilli xidməti mənbələrə əsaslanaraq yayıb.


17 yaşlı Əbülfəzl Adinezadə oktyabrın 8-də hökumət əleyhinə etiraz aksiyasında iştirak etmək üçün məktəbdən yayınıb. Oğlan evə qayıtmayıb.

Səlahiyyətlilər faktı şərh etməyiblər, lakin BBC Adinezadənin ölüm şəhadətnaməsini əldə edib və orada yeniyetmənin güllənin zərbəsindən qaraciyər və böyrəyini zədələdiyi bildirilir.

Mənbələr həkimə istinadən Əbülfəzl Adinezadənin 1 metrdən də az məsafədən güllələndiyini bildirib.

“O, hansı cinayəti törədib ki, 24 güllə ilə onun qarnından vurublar? — oğlanın dəfnində çəkilmiş videoda mərhum yeniyetmənin atasının dediyi eşidilir.

Oğlunun aksiyada iştirakından sonra valideynlər əvvəlcə onun başına nə gəldiyindən xəbərsiz olublar.
Bu, ertəsi günə qədər davam edib, Təhsil Nazirliyindən zəng vurub bildiriblər ki, oğlu rayon polis şöbəsinə aparılıb. Lakin həmin yerə çatandan sonra valideynlərə Əbülfəzlinin öldüyü bildirilib.
“Ağzını bağla və media ilə danışma”
— mənbələrə görə, polis bölməsində oğlanın atasına belə xəbərdarlıq edilib.

Onların məlumatına görə, Əbülfəzlinin etirazçılar tərəfindən öldürüldüyü görüntüsü yaratmaq üçün mərhum yeniyetmənin ailəsinə təzyiqlər edilərək, oğlunun hökumətyönlü “Bəsic” silahlı təşkilatının üzvü olduğunu söyləməyə çağırılıb.

Hökumət dəfələrlə bildirib ki, İranın düşmənlərinə bağlı olan “üsyançılar” təhlükəsizlik qüvvələrinin digər nümayəndələrini öldürürlər.

BBC-nin mənbələrə istinadən yazdığına görə, Əbülfəzlinin dəfnində qəzəbini bildirmək istəyən yas tutanları susdurmaq üçün mülki geyimdə olan təhlükəsizlik qüvvələri də iştirak edib. Dəfn mərasimindən sonra bəzi yas tutanları yolda saxlayıb və mobil telefonlarından videoları silmələrini istəyiblər.

"Mənbələrə görə, o, başqalarını güldürməyi sevən şən yeniyetmə idi", - deyə BBC jurnalisti Pahram Qobadi yazıb.

Əbülfəzli dərsdən sonra axşam saat 22:00-a qədər mobil telefon təmiri müəssisəsində işləyib.
Son vaxtlar yeniyetmə İrandakı korrupsiyaya və sentyabrda əxlaq polisi tərəfindən “nalayiq geyinmə” ittihamı ilə həbs edilən Məhsa Əminin ölümü, eləcə də digər qadınların döyülməsi və qətlə yetirilməsinə görə çox əsəb keçirirmiş.

1 aydan artıqdır ki, İranda hökumət əleyhinə etirazlar davam edir və bu, son illərdə İslam Respublikası rəhbərliyinə qarşı ən ciddi çağırışa çevrilib.

Onlarla şəhər və qəsəbələrdə nümayişlər keçirilir və bunlar Əxlaq Polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmin adlı qadının ölümündən sonra başlayıb. O, sentyabr ayında məcburi hicab və digər geyimlərlə bağlı qanunu pozmaqda ittiham edilərək saxlanılıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, 22 yaşlı qadın polis tərəfindən döyülməsi nəticəsində dünyasını dəyişib və İran hökuməti hadisəyə səbəb kimi qadının səhhətinin pisləşməsini göstərib.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) xəbər verir ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 32-si uşaq olmaqla 244 nümayişçi öldürülüb. Agentliyin məlumatına görə, 12500 nəfər həbs edilib ki, onların da əksəriyyəti gənclər və uşaqlardır.

Farsdilli və digər KİV-lər dəfələrlə hökumətin öldürülən nümayişçilərin ailələrini qorxutması və şantaj etməsi barədə yazıblar.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: BBC ირანი
FaceBook Twitter Google