Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını
artırmayacaq.
Bu barədə Gürcüstan parlamentinə daxil olan qərar layihəsindən
məlum olub.
Bildirilib ki, hökumət parlamentə “2023-cü ildə Gürcüstan müdafiə
qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərar layihəsi
təqdim edib. Sənədə əsasən, müdafiə qüvvələrinin sayı mövcud 37 min
nəfəri aşmaycaq. Bu, Gürcüstan ordusunun şəxsi heyətinin sayının
dəyişməyəcəyi deməkdir.
Məlumata görə, bu məhdudiyyət hərbi vəziyyət rejiminə, ehtiyatda
olanlara və müvəqqəti heyət üzvlərinə şamil edilmir. Hazırda
Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür - məc
buri,
müqaviləli, kadr və ehtiyatda olanlar.