Marneulidə raqbi uşaq festivalı keçirilib
22 oktyabr tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kənd stadionunda raqbi uşaq festivalı keçirilib. Marneuli İdman Məktəbinin məlumatına görə, festivalda 9 raqbi komandası iştirak edib. “Marneuli Armazi”-nin 5 komandası, eləcə də Tetritskaronun 1, Bolnisinin 1, Tbilisinin 2 raqbi komandası iştirak edirmiş.

“Tədbirdə Marneuli bələdiyyəsinin İdman Məktəbinin direktoru Mamuka Naveriani və Raqbi klubu “Armazi”-nin rəhbəri Qiorqi Soselia iştirak edib. Festivalın
məqsədi gənclər arasında raqbinin məşhurlaşdırılması, onların gündəlik həyatında sağlam həyat tərzinin tətbiqi və ictimaiyyətdə idmanın əhəmiyyəti barədə məlumatlandırma səviyyəsinin artırılmasıdır. “Marneuli Armazi”də bu gün 110-a qədər uşaq məşq edir. Bu isə gənclərdə sağlam həyat tərzinin tətbiqi və perspektivli raqbiçilərin kəşf edilməsinə dəstək olur. Məşqlər üç məkanda aparılır: Tsereteli, Saimerlo və Tamarisi kəndlərində”,
– İdman Məktəbinin yayımladığı məlumatda qeyd olunub.

Festivalda iştirak edən bütün komandalar simvolik olaraq kubok və medallarla mükafatlandırılıblar.

Tədbirin təşkilatçısı Marneuli bələdiyyəsinin İdman məktəbi və raqbi klubu “Marneuli Armazi” idi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google