30 oktyabr tarixində Tbilisdə “Fransız boksu” üzrə beynəlxalq
turnir keçiriləcək. Tbilisi meriyasının təşkil etdiyi turnirdə
Marneulili idmançılar da iştirak edəcəklər.
“Sayokan” federasiyasının prezidenti Faiq Məmmədovun sözlərinə
görə, onun rəhbərlik etdiyi “Qızıl canavar” karate idman klubundan
iki idmançı yarışda iştirak edəcək.
“Tbilisidə keçirilən peşəkar yarışda Marneulidən 55 kq
çəki dərəcəsində Altun Əsgərov və 70 kq çəki dərəcəsində Məhəmməd
Əhmədov iştirak edəcək. Yarışa Marneuli, Qardabani, Bolnisi,
Saqareco, Tbilisi və Gürcüstanın digər bölgələrdən idmançılar
qatılacaqlar”, – Faiq Məmmədov dedi.
Məmmədovun sözlərinə görə, yarışda birinci yerə çıxan idmançıya 200
lari, ikinci yeri qazanan idmançıya isə 100 lari pul mükafatı
veriləcək.
Tbilisdə keçiriləcək “Fransız boksu” üzrə beynəlxalq turnirdə
Gürcüstanla yanaşı Azərbaycan, İran və Ermənistan idmançıları da
iştirak edəcəklər.