Marneulinin 9 aylıq büdcəsinin icrası ilə bağlı hesabatı Bələdiyyə Məclisinin növbəti iclasında müzakirə edəcəklər
Marneuli meriyası Bələdiyyə Məclisinə bələdiyyənin 2022-ci ilin yerli büdcəsinin 9 aylıq icrası barədə məlumat verib. Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyası bu həftə hesabatı müzakirə edəcək və Bələdiyyə Məclisinin növbəti iclasında öz qiymətləndirməsini təqdim edəcək.

"Hesabatın müzakirəsi mütləq yayımlanacaq. Adi şəkildə komissiya açıq müzakirə olacaq
və hər kəs iştirak edə bilər. Bu 9 ayın nəticələridir. Biz adətən, bütün rüblərin nəticəsini müzakirə edirik".

Marneuli Bələdiyyə Məclisi rəhbərinin sözlərinə görə, Bələdiyyə Məclisi növbəti iclasına qədər Maliyyə-Büdcə Komissiyası 9 ayın hesabatını qiymətləndirəcək. Sonra məsələni Bələdiyyə Məclisinin iclasında müzakirə edəcəklər.

Gürcüstanın Yerli Özünüidarə Məcəlləsinə görə, bələdiyyə meri və Bələdiyyə Məclisinin üzvü ildə bir dəfə də olsa, 1 noyabra qədər Bələdiyyə Məclisinin müvafiq sərəncamı ilə müəyyən edilmiş qaydada bələdiyyə seçiciləri ilə ictimai görüşlər keçirməlidirlər, onlara görülmüş işlər barədə hesabat verməlidirlər. Hesabat müzakirə olunan zaman bələdiyyə seçicilərinin verdiyi suallara cavab verməlidirlər.

Bələdiyyə ərazisində qeydiyyatdan keçmiş seçicinin merin və Bələdiyyə Məclisi üzvünün ictimai hesabatının müzakirəsində məhdudiyyətsiz iştirak etmək hüququ var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google