Noyabrın 1-də gecə saatlarında naməlum şəxslər Lentexi
bələdiyyəsinin meri Qia Onianinin ofisinə atəş açıb,
bundan sonra binada yanğın başlayıb.
Hadisə zamanı binada heç kim olmayıb.
Daxili İşlər Nazirliyindən Azadlıq Radiosuna verilən məlumata görə,
istintaq Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah və döyüş
sursatı əldə etmə və saxlama, özgənin əmlakına qəsdən zərər vurmanı
nəzərdə tutan 236 və 187-ci maddələri ilə başlanıb.
Agentliyin məlumatına görə, hazırda faktla bağlı əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
“Gürcü arzusu”nun üzvü Qia Oniani 2021-ci il yerli özünüidarə
seçkilərindən sonra Lentexi şəhərinin meri olub. Bu, onun dövlət
vəzifəsində ilk dəfədir, bundan əvvəl Qia Oniani sahibkarlıq
fəaliyyəti ilə məşğul olub.