Batumi Məhkəməsi Almaniya səfirinə təhqirə görə Valeri
Koçiaşvilini cərimələyib.
Batumi Şəhər Məhkəməsinin hakimi Salix Şainidze Almaniya səfirinə
qarşı təhqiramiz ifadələr işlətmiş keçmiş hərbçi və özünü "üçüncü
qüvvənin nümayəndəsi" adlandıran Valeri Koçiaşvilini 1000 lari
məbləğində cərimələyib.
Varşavada parlament binası qarşısında aksiya keçirən fermerlər
polislə toqquşub. Polis mitinqdə bibər qazından istifadə edib,
çünki onlar iddia ediblər ki, bəzi fəallar Polşa təhlükəsizlik
qüvvələrinə qarşı zorakılıq ediblər.
24 fevral tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində polis,
prokurorluq, istintaq, məhkəmə, yetkinlik yaşına çatmamış şəxslərə
və qadınlara qarşı zorakılıq mövzusunda təlim keçiriləcək.