Almaniyada Düsseldorf yaxınlığında şəhərlərarası avtobusun
aşması nəticəsində 20 nəfər xəsarət alıb.
Bu, Almaniyada bu həftə ikinci avtobus qəzası və aşması
hadisəsidir. Martın 28-də Almaniyada FlixBus avtobusunun avtobanda
aşması nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Məlumata görə, avtobus Düsseldorf yaxınlığındakı magistral yolda
yoldan çıxaraq aşıb.
Bu hadisə ilə əlaqədar Düsseldorf yaxınlığındakı A44 avtomobil yolu
tamamilə bağlanıb.
Avtobusda əksəriyyətinin tələbələr olduğu 60
sərnişinin olduğu məlum olub. Tələbələr İngiltərədəki peşə
məktəbindən Uorburqa qayıdırdılar.
Polis qəzanın hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat
verməyib. Onların sözlərinə görə, qəzada başqa avtomobil
olmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415