Bu gün, 4 noyabr tarixində saat 12:30 radələrində Marneulidə,
aerodrom yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı Gürcüstan dövlət nömrə nişanlı "VAZ 21-07" markalı
avtomobillə Ermənistan dövlət nömrə nişanlı yük maşını
toqquşub.
24News.ge-nin
yazdığına görə, qəza zamanı "VAZ 21-07" markalı
avtomobilin sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım briqadası
tərəfindən xəstəxanaya aparılıb.
Hadisə yerinə polis cəlb olunub. Araşdırma aparılır.