İşğal altında olan Abxaziyaya dünən, noyabrın 22-də axşam
saatlarında Rusiyadan elektrik enerjisinin verilməsinə başlanılıb.
Məlumatı “Çernomorenerqo” şirkəti yayıb.
Gürcüstanın Dövlət Enerji Sisteminin saytında dərc olunan məlumata
görə, hazırda Rusiyadan işğal altında olan Abxaziyaya 250 meqavata
yaxın elektrik enerjisi verilir.
İşğal olunmuş Abxaziyanın iqtisadiyyat naziri Kristina Özqan bundan
əvvəl Rusiyanın energetika naziri ilə danışıqların nəticələrini
faktiki prezident
Aslan Bjaniaya məruzə edib. Onun sözlərinə görə,
çatdırılma qrafiki razılaşdırıldıqdan sonra mütəxəssislər işləri
yerinə yetirmək üçün “Açquara” (Açıqvara) xəttinə gedəcəklər.
Rusiyanın elektrik enerjisi ilə təminatı məsələsi “Açıqvara”
elektrik verilişi xəttinin təmir işlərinin başa çatdırılması ilə
bağlıdır. Bundan əlavə, Enqur SES su anbarında suyun səviyyəsi
kritik dərəcədə aşağıdır.
Noyabrın 1-də Oçamçire rayonundakı “Açquara” (Açıqvara) yüksək
gərginlikli elektrik verilişi xəttində baş vermiş qəzaya görə işğal
olunmuş Abxaziya Rusiyadan elektrik enerjisi tələb edib.
Enqur SES-də istehsal olunan elektrik enerjisi işğal altında olan
Abxaziyaya Açıqvara xətti ilə verilir.
Oktyabrın 11-də qondarma de-fakto respublika İqtisadiyyat
Nazirliyinin mətbuat xidməti “Çernomoroenerqo” (20 nəfərə yaxın) və
Rusiya podratçı şirkətinin (təxminən 23 nəfər) nümayəndələri
tərəfindən elektrik verilişi xətlərində aparılan təmir işləri
barədə məlumat yayıb. “Abxaziya enerjisinin ən həssas obyekti”
adlandırılan elektrik verilişi xəttində təmir işləri əvvəllər də
bir neçə dəfə təxirə salınıb.