Nino Lomcaria "Vivamed"iyə gedib
Xalq müdafiəçisi Nino Lomcariya eks-prezident Mixeil Saakaşvilinin səhhətindən xəbər tutmaq üçün “Vivamed”i klinikasına gedib.

Lomcariyanın sözlərinə görə, əgər arzusu və fiziki imkanı olsa, o, tibb işçiləri, Mixeil Saakaşvilinin şəxsi həkimi və Saakaşvilinin özü ilə danışmağa çalışacaq.

“Mən uzun müddətdir ki, [Mixeil Saakaşvilini] şəxsən görmürəm. Nümayəndələrim mütəmadi olaraq ona baş çəksələr də, sonuncu dəfə onu Qori
xəstəxanasında görmüşəm. Ekspertin rəyini gözlədiyimiz üçün konsiliumumuz bütün bunlara qarışmadı. Son vaxtlar onun səhhətinin pisləşməsi ilə bağlı çox narahatedici qiymətləndirmələr getdiyinə görə, gəlib onun vəziyyəti ilə şəxsən tanış olmaq qərarına gəldim”,
– Nino Lomcaria “Formula”nın efirində deyib.

Mixeil Saakaşvilinin ailəsi və vəkilləri eks-prezidentin səhhətinin pisləşdiyini bildirir. Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, əgər Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı ekspert rəyində onun ağır olduğu [və köçürülməsinə ehtiyac olduğu] deyilirsə, məhkəmə layiqli qərar verməlidir. Bir qrup qeyri-hökumət təşkilatı birgə bəyanat yayaraq bildirib ki, Mixeil Saakaşvili ilə həbsxanada rəftar məsələsi “siyasi məqsədəuyğunluqla deyil, yalnız insan həyatı və sağlamlığının qorunması standartları nəzərə alınmaqla” həll edilməlidir.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google